Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransız deputat faşist Ermənistanın Gəncədəki terrorunu pislədi

Fransız deputat faşist Ermənistanın Gəncədəki terrorunu pislədi

Tarix: 17 Oktyabr 2020 16:12

Çox sayda yaxın dostlarımın yaşadığı Gəncə şəhərinin mərkəzində yaşayış məhəlləsinin raket atəşinə tutulması, dinc insanların ölümü və yaralanması xəbərinə hədsiz kədərləndim. Mülki əhalinin hədəfə alınmasını pisləyirəm.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Fransa Milli Assambleyasının deputatı Andre Vilyen Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova ünvanlandığı başsağlığı məktubunda deyib.

Qədim Gəncə şəhəri ilə bağlı xoş xatirələrinin olduğunu vurğulayan fransız deputat yazıb: "Bu kədərli anda sizə və Gəncədə raket hücumu nəticəsində həlak olan insanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirəm. Yaralılara isə tez sağalmalarını arzulayıram. Bu fürsətdən istifadə edib, Gəncə şəhərinin bütün sakinlərinə onların səmimi dostu olduğumu bir daha çatdırıram".


Etiketlər:  Fransız deputat faşist Ermənistanın Gəncədəki terrorunu pislədi


RƏYLƏR