Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın ƏZAB SƏHNƏLƏRİ - Beşikdə öldürülən uşaqların qisası alınır

Paşinyanın ƏZAB SƏHNƏLƏRİ - Beşikdə öldürülən uşaqların qisası alınır

Tarix: 19 Oktyabr 2020 12:09

Azərbaycan Ordusu qarşısında ağır itkilər verən Ermənistan hərbçiləri mülki insanları hədəf alaraq onları qətlə yetirməkdə davam edir. Düşmənin bu vəhşiliyi erməni faşizminin növbəti təzahürüdür. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistanın mülki şəxslərə qarşı terrorçu davranışlarını hələ I Qarabağ savaşında gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır.

Gəncəyə gecə saatlarında düşmənin növbəti xain zərbəsi nəticəsində xeyli sayda dinc sakin faciəvi şəkildə həlak oldu. Tərtərdə insanların dəfn mərasimində iştirak etdikləri zaman qəbiristanlıqda qətlə yetrilməsi isə Ermənistan hakimiyyətinin növbəti vəhşiliyi idi. Bu hadisə bir daha nümayiş etdirdi ki, Ermənistan üçün müqəddəs anlayışı yoxdur. Bu, insanlığa qarşı cinayətdir, mülki şəxslərin hədəf seçilməsi bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq düşmən bu addımı atmaqla Vətən müharibəmizdə bizi daha da güclü, qorxmaz və ölümün gözünə dik baxmağa vadar edir. Buna sübut kimi oktyabrın 17-də Ermənistanın Azərbaycanın Gəncə şəhərini ikinci dəfə ballistik raket atəşinə tutması nəticəsində dağıntılar altından sağ çıxan gəncin "And olsun Allaha, qələbə çalacağıq. Qorxmuruq, inşallah qələbə bizlədir" sözlərini xatırlatmaq kifayətdir.

Düşmənin qorxutmaq istədiyi bir azərbaycanlının bu sözləri onun ballistik raket zərbəsindən də böyük effekt verdi. Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri tam iflasa uğradı. Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə onu daha da yüksəltdi. Bu gün Gəncə, Tərtər Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib.

Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə cavab verməlidir. Mülki şəxslərə qarşı törədilmiş hərbi cinayətlərin cavabını Azərbaycan ordusu döyüş meydanında verir. Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən son erməni işğalçısı Qarabağı tərk edəcəyi məqama kimi davam edəcək. 

Moskva danışıqlarını pozaraq ikinci dəfə elan edilən humanitar atəşkəs razılığına əməl etməyərək münaqişəni gərginləşdirən Ermənistan döyüş meydanında və siyasi arenada heç vaxt unutmayacağı dərsi alır. 30 il əvvəl Qarabağdan sağ qalan yaxınlarının qucağında bələkdə gəlmiş körpə oğlan uşaqları bu gün Qarabağa əldə silah, müzəffər Ordunun xilaskar əsgəri kimi qayıdır. 

Faşist-terrorçu döyüş qaydaları ilə humanitar hüququn müddəalarını kobudcasına pozan Paşinyan rejiminin ən layiqli cavabını da elə Azərbaycan əsgəri verir. Günahsız mülki vətəndaşların qatilinə çevrilən Paşinyan beşikdəki körpədənmi vətən istədi? Bunun cavabını erməni baş nazir gec-tez mütləq verəcək, çünki qisasımız qiyamətə qalmayacaq!

Təhməz Əsədov


Etiketlər:  Paşinyanın ƏZAB SƏHNƏLƏRİ Beşikdə öldürülən uşaqların qisası alınır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ