Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 19:04
Milan" 4 il idi ki, derbini qazana bilmirdi. İki həftə evdə qaldım və oynamaq üçün səbirsizlənirdim. Nə olur olsun, bu oyuna çıxmalı idim.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Milan"ın futbolçusu Zlatan İbrahimoviç A Seriyasının 4-cü turunda "İnter"ə qalib gəldikləri oyunu (2:1) şərh edərkən deyib.
Derbidə dubl edərək komandasına qələbə qazandıran 39 yaşlı hücumçu İtaliya mətbuatına açıqlamasında "Milan"ın futbolçularına nümunə olduğunu bildirib: "Komandanın ən yaşlı futbolçusuyam, daha çox məsuliyyət hiss edirəm. Bu hissi sevirəm, çünki bütün futbolçular məndən nümunə götürür".