Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşərli hakim - “Qarabağ”ın səfər yoldaşı

Düşərli hakim - “Qarabağ”ın səfər yoldaşı

Tarix: 20 Oktyabr 2020 14:34

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Təl-Əviv "Makkabi"si ilə oyununu idarə edəcək Con Biton bu komanda üçün tanış simadır.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, şotlandiyalı referi karyerası ərzində 3-cü dəfə Ağdam təmsilçisinin avrokubok matçına təyinat alıb.

Maraqlıdır ki, buna qədərki oyunlarda da Biton Azərbaycan çempionuna səfər yoldaşı olub və hər iki halda komandamızın üzü gülüb. 38 yaşlı referinin 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində idarə etdiyi PAOK-la səfər qarşılaşmasında təmsilçimiz 1:0 hesablı qələbə qazanıb. Həmin görüşdə hazırkı kapitan Maksim Medvedev sarı vərəqə ilə cəzalandırılıb.

Ötən mövsüm bu turnirin qrup mərhələsində "Düdelanj" - "Qarabağ" matçında da Con Biton fit çalıb. Dron qalmaqalının yaşandığı Lüksemburqdakı oyunda Azərbaycan çempionu bu dəfə 4:1 hesabı ilə rəqibini üstələyib. Həmin matçda fərqlənənlərdən yalnız Abdullah Zubir hazırda "Qarabağ"ın formasını geyinir.

Bundan başqa, referi 2014-cü ilin noyabrında Macarıstanla Azərbaycanın U-19 yığmalarının AVRO-2015-in seçmə mərhələ matçında iş başında olub. Macarıstandakı oyun bərabərə (1:1) yekunlaşıb. Həmin vaxt U-19 millimizin formasını geyinən Mahir Emreli sarı vərəqə alıb.

Həmçinin AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan - Slovakiya görüşü də Bitonun idarəçiliyi altında keçib. "Bakcell Arena"dakı matç qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Etiketlər:  Düşərli hakim Qarabağın səfər yoldaşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ