Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 13:21
Əgər Ermənistana qarşı vaxtında sanksiya tətbiq edilsəydi, Ermənistanın Azəırbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağla bağlı yarananan hazırkı proseslər elə yarandığı vaxtda - 1990-cı illərin əvvəllərində sönərdi.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün qardaş Türkiyəyə, Pakistana və ölkəmizin haqq işini müdafiə edən digər dövlətlərə öz təşəkkürünü bildirir.
Deputat qeyd edib ki, son dövrlərdə biz Ukraynanın proseslərlə bağlı psinsipial mövqeyini müşahidə edirik. İran da Azərbaycanın ərazi bütövlüyünü və bizim işğaldan azad etmə hərəkatını dəstəklədiyini bildirir:
"Avropa və Asiyada da belə dövlətlər var. Türkiyənin və bir neçə ölkənin prinsipial mövqeyi Ermənistanın daim narahat olmasına, bu ölkənin cəzasız qalmayacağı fikrinin Damokl qılıncı kimi onun üstündən asılmasına səbəb olub. Ancaq Azərbaycan bu gün ölkəmizdə baş verənlərə susqunluq nümayiş etdirən və onun haqq işinə hər hansı münasibət göstərməyən siyasi dairələrin də hərəkətlərini görür. Hesab edirəm ki, ümumilikdə dünyada işğalçı öıkələrə qarşı bir yanaşma olmalıdır. Beynəlxalq hüuququ pozan, digər dövlətlərin torpaqlarına iddia edən, dinc əhaliyə qarşı terror hərəkətləri törədən ölkələrə qarşı birmənalı şəkildə qəti və prinsipal mövqe nümayiş etdirilməlidir".