Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz - FOTO

Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz - FOTO

Tarix: 21 Oktyabr 2020 19:30

Azərbaycandan uzaqda - Cənubi Amerika qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünyanın ikili münasibət göstərməsinə etiraz edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, o, ailə üzvləri ilə birlikdə əllərində Qarabağa aid "Azərbaycan önəmlidir!", "Qarabağ Azərbaycandır!", "Dünya niyə biganədir?!" plakatları ilə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Təranə xanım 1993-cü ildən Rusiyanın Qayana Koorperativ Respublikasındakı səfirliyində tərcüməçi olaraq çalışır.


Etiketlər:  Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz FOTO


RƏYLƏR