Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)

Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)

Tarix: 22 Oktyabr 2020 17:39

Bakı. Trend:

Xəbər verildiyi kimi, Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, hazırda Ombudsman Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Ermənistan terrorunun qurbanına çevrilən Gəncə şəhərində birgə faktaraşdırıcı missiya həyata keçirilir.

Birgə həyata keçirilən faktaraşdırıcı missiya Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməklə Gəncə şəhərində törətdiyi növbəti terror aktı nəticəsində baş vermiş mülki əhali arasında insan tələfatı, çoxsaylı mülki əhalinin- uşaqların, qadınların, ahılların həlak olması, yaralanması və dağıntılarla əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi daşıyır.
Səbinə Əliyeva və Şərəf Malkoç terror nəticəsində hər iki valideynini itirmiş uşaqlar və zərərçəkmiş şəhər sakinləri ilə görüşüblər. Ombudsmanlar, həmçinin Ermənistan ərazisindən atılmış raketin düşdüyü əraziyə baxış keçirərək faktoloji materiallar toplayıblar.

Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə Gəncədə törədilmiş növbəti terror aktı, çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnən bu hərbi təxribat Assosiasiya prezidenti və nümayəndə heyəti tərəfindən də pislənilib.
Birgə faktaraşdırıcı missiya çərçivəsində toplanan faktlar Ermənistan Respublikasının silahlı qüvvələrinin sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdə davam etdiyini bir daha sübut edir.

Qeyd olunmalıdır ki, ötən həftə Ombudsman Səbinə Əliyeva idarə heyətində təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının toplantısında iştirak edərək Ermənistan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrinə hücumlarının ağır nəticələri ilə bağlı çağırış edərək, mövcud vəziyyətlə yerində tanış olmaq üçün Ombudsmanları ölkəmizə dəvət etmişdi.

Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO) - Gallery Image Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO) - Gallery Image Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO) - Gallery Image Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO) - Gallery Image Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO) - Gallery Image Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO) - Gallery Image Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO) - Gallery Image


Etiketlər:  Səbinə Əliyeva İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ