Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bundesliqa klubu karantinə alındı

Bundesliqa klubu karantinə alındı

Tarix: 22 Oktyabr 2020 17:50

Almaniyanın "Verder" klubunda koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu xəbəri Bundesliqa təmsilçisi yayıb.

Bildirilib ki, aparılan testlərin nəticəsi yalnız bir futbolçuda pozitiv çıxıb. Adı açıqlanmayan həmin şəxsin səhhətinin yaxşı olduğu vurğulanıb. Klubun tibbi personalının qərarına əsasən, növbəti testin nəticəsi açıqlanana qədər bütün futbolçular və məşqçi heyəti karantinə alınıb. Bu səbəbdən bugünkü məşq ləğv olunub.

Sabah aparılacaq testlərdən sonra bütün kollektivin nəticəsi neqativ olarsa, komanda məşqləri bərpa edə biləcək.

Qeyd edək ki, "Verder" Bundesliqanın V turunda oktyabrın 25-də "Hoffenhaym"ı qəbul edəcək.

Milli.Az


Etiketlər:  Bundesliqa klubu karantinə alındı


RƏYLƏR