Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova

Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova

Tarix: 22 Oktyabr 2020 18:00

Moskva Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə əvvəlki kimi fəal vasitəçilik səyləri göstərir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişə zonasında qan tökülməsinin qarşısını almağa yönəlmiş səylər davam etdirilir:

"Dağlıq Qarabağ məsələsi oktyabrın 20-də və 21-də Xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycandan həmkarları ilə ayrı-ayrı görüşlərdə müzakirə olunub. Biz əvvəlki kimi ATƏT Minsk qrupu həmsədrliyi formatında işimizi davam etdiririk. Vasitəçilərin növbəti görüşünün sabah Vaşinqtonda olması planlaşdırılır".


Etiketlər:  Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir Mariya Zaxarova


RƏYLƏR