Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 19:20
Oktyabrın 22-də Qəbələ seysmoloji stansiyasından 17 kilometr şərqdə - Qəbələ-İsmayıllı sərhədində maqnitudası 3.7 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sonxeber.net-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:52-də qeydə alınıb.
Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.