Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)

Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)

Tarix: 22 Oktyabr 2020 21:26

Bakı. Trend:

Macarstanda yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatına etiraz etmək və Azərbaycan həqiqətlərini Macarıstan ictimaiyyətinə çatdırmaq məqsədi ilə Budapeşt şəhərinin mərkəzində yerləşən “Szent İstvan Basilica” kilsəsinin qarşısında icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumaat görə, Macarıstan-Azərbaycan Gənclər Birliyinin və Budapeştdəki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan diasporunun və türkdilli icmaların üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər.

Əllərində Azərbaycanın, Türkiyənin və Macarıstanın dövlət bayraqlarını, eləcə də ingilis və macar dillərində yazılmış "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzünə son!" "Gəncə üçün dua et!", "Erməni işğalına son!" və s. kimi şüarlar yazılan plakatlar tutan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını insanlığa qarşı cinayət adlandırıblar.

Aksiyanın sonunda Gəncə terroru ilə bağlı qəbul edilən bəyanat oxunub, yerli sakinlərə erməni təcavüzünü əks etdirən broşürlar paylanılıb, media nümayəndələrinə erməni vandalizmi barədə məlumat verilib.

Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ