Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 13:12
Sentyabrın 27-də Ermənistan ölkəmizə qarşı növbəti təxribata əl atmış, nəticədə Azərbaycan tərəfi zəbt edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində əks-hücum əməliyyatlarına başlamışdır.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a bildirilib ki, işğalçı Ermənistan ordusu beynəlxalq norma və konvensiyaları kobud şəkildə pozaraq mülki əhalimizi, yaşayış məntəqələrimizi müxtəlif növ, o cümlədən qadağan olunan silahlardan atəşə tutur, hətta cəbhədən uzaq yaşayış məntəqələrini dağıdır, dinc insanları qətlə yetirir. Mənfur xislətindən əl çəkməyən ermənilər münaqişəyə dini çalarlar əlavə edərək başqa istiqamətlərə çəkməyə çalışırlar.
Hazırki Vətən müharibəsi fonunda ən aktual məsələlərdən biri də informasiya mübarizəsidir. Bu baxımdan, Azərbaycan həqiqətlərinin, ölkəmizdə yaşayan qeyri-islam konfessiyalarının nümayəndələrinin münaqişə haqda mövqelərinin, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və ASAN Radio tərəfindən videoçarx hazırlanıb. Qeyd olunan videoçarxda ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələrinin çıxışı öz əksini tapıb.
Qeyd olunan videoçarxa aşağıdakı link vasitəsi ilə baxa bilərsiniz: