Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 19:18
Bakı. Nərgiz Sadıxova Trend:
Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamaları onun İslamı, ümumiyyətlə dinləri anlamamasını nümayiş etdirir.
Bunu Trend-ə ərəb analitik Kamal əl-Halbavi deyib.
Onun sözlərinə görə, Fransanın islami baş örtüləri ilə bağlı əvvəlki mövqeyi də bu ölkədə azadlıq və bərabərlik məsələlərində ziddiyyət və ikili standartları üzə çıxarır:
“Fransa prezidentinin indiki mövqeyi nə İslama, nə də İslam peyğəmbərinə ziyan vurmayacaq. Dünya müsəlmanları əsl İslamla yaşamalı, Quranda deyildiyi kimi, bəşəriyyəti ruhlandırmalıdır”.
O əlavə edib ki, müsəlmanlar aşkar cahillikdən üz döndərməlidir.