Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan qorunmağın ƏN SADƏ YOLU

Koronavirusdan qorunmağın ƏN SADƏ YOLU

Tarix: 26 Oktyabr 2020 21:42

"Rospotrebnadzor" idmanın, ən azı səhər məşqlərinin koronavirus infeksiyasından qoruya biləcəyini söyləyib.

Sonxeber.net xəbər verir ki, mütəxəssislər fiziki aktivliyin immuniteti artıra biləcəyinə inanırlar.

"İdman insan bədəninin gümrah qalması və möhkəmlənməsi üçün vacibdir. Tənəffüs yollarının xəstəlikləri - qrip, kəskin respirator və yeni növ koronavirus infeksiyasının yayıldığı bir dövrdə fiziki aktivliyi davam etdirmək xüsusilə vacibdir", - qurumun rəsmiləri qeyd edib.

"Rospotrebnadzor" mütəxəssisləri beş dəqiqə davam edən səhər idmanından başlamağı və vaxtını tədricən 20 dəqiqəyə qədər artırmağı məsləhət görürlər. İdman hər biri 10 dəfə edilməli olan 8-10 məşqdən ibarət olmalıdır. (publika.az)


Etiketlər:  Koronavirusdan qorunmağın SADƏ YOLU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ