Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 16:36
"Səbail"in Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure komandasının mərhələ adlamaq şanslarını dəyərləndirib.
Qol.az-ın yerli "DigiSport" nəşrinə istinadən yaydığı xəbərə görə, rumıniyalı mütəxəssis Azərbaycan təmsilçisini keçə biləcəklərini söyləyib:
"Qarabağ" kimi güclü komanda ilə yoldaşlıq oyunu keçirdik. Bilirsiniz ki, bu komanda Çempionlar Liqası və Avroliqanın qrupunda oynayıb. "Səbail" haqda isə məlumatım yoxdur. Daha əvvəl qarşılaşmamışıq. Ona görə də indidən nəsə deyə bilmərəm. Ancaq düşünürəm ki, onları keçə bilərik".
Qeyd edək ki, "Səbail"lə "Universitatya Krayova" arasında ilk oyun iyulun 11-də Bakıda "ASCO Arena"da keçiriləcək və yerli vaxtla 20:00-da başlayacaq. Cavab görüşü isə 1 həftə sonra Rumıniyada olacaq. Həmin matç isə Bakı vaxtı ilə 21:00-da start götürəcək.