Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOB-lar I Sənətkarlıq Festivalında iştirak edir (FOTO)

KOB-lar I Sənətkarlıq Festivalında iştirak edir (FOTO)

Tarix: 4 Iyul 2019 17:03

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda ilk dəfə olaraq keçirilən I Respublika Sənətkarlıq Festivalında təmsil olunur.

Trend-in məlumatına görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, KOBİA-nın tərəfdaşlığı ilə keçirilən festivalda paytaxt və regionlardan olan 100-dən çox sənətkar öz əl işlərini nümayiş etdirir. Festivalda iştirak edən sahibkarlara Agentliyin KOB dostları tərəfindən biznesin qurulması və genişləndirilməsi üçün məsləhət xidmətləri göstərilir, KOB-lar Agentliyin fəaliyyəti, mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılır, onlara maarifləndirici bukletlər paylanılır.

Tədbir çərçivəsində KOBİA tərəfindən sənətkarlıqla məşğul olan sahibkarların ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi üçün sorğuların keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, I Respublika Sənətkarlıq Festivalı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil olunub və iyulun 7-dək davam edəcəkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sənətkarlıq Festivalında iştirak edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ