Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif

İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif

Tarix: 27 Oktyabr 2020 18:18

Bakı. Elnur Bağışov – Trend:

İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipi əsasında Qarabağ münaqişəsinin daimi həllinə dair planını Azərbaycan, Rusiya və Ermənistan tərəflərinə açıqlayacaq.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bununla əlaqədar İran Xarici İşlər nazirinin müavini Abbas İraqçı Bakıya, Moskvaya və İrəvana səfər edəcək.

Zərif əlavə edib ki, İran beynəlxalq sərhədlərin dəyişilməzliyi prinsipi əsasında bu münaqişənin sülh yolu ilə həllinə inanır.

İran Xarici İşlər naziri bu planın İranın yüksək səviyyəli rəsmiləri tərəfindən razılaşdırıldığını deyib.


Etiketlər:  İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq Zərif


RƏYLƏR