Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Edinburq şəhərində Gəncə terroru pislənib

Edinburq şəhərində Gəncə terroru pislənib

Tarix: 28 Oktyabr 2020 12:14

Bakı. Trend:

Şotlandiyanın Edinburq şəhərində yaşayan bir qrup soydaşımız Gəncə terrorunu pisləyən icazəli etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Edinburq şəhərində yerləşən Scott abidəsinin önündə toplaşan aksiya iştirakçıları Ermənistanın işğalçı siyasətini və Ermənistan silahlı qüvvəllərinin Gəncə şəhərində, eləcə də digər şəhər və rayonlarda mülki əhaliyə qarşı törətdiyi terroru pisləyiblər. Əllərində Azərbaycan və Şotlandiya bayraqlarını tutan diaspor fəalları “Ədalət yoxdursa, sülh də yoxdur”, “Qarabağ Azərbaycandır!”, “Uşaq ölümünə son qoyun!”, “Mülki insanlar toxunulmazdır”, “Erməni terroruna son qoyun”, “İşğalçı dövləti dəstəkləməyin” və s. kimi müxtəlif şüarların yazıldığı plakatlarla şəhər sakinlərinin diqqətini Ermənistanın törətdiyi vandalizm aktlarına çəkməyə çalışıblar.


Etiketlər:  Edinburq şəhərində Gəncə terroru pislənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ