Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan növbəti dəfə sübut etdi ki, Azərbaycan haqlıdır''

''Ermənistan növbəti dəfə sübut etdi ki, Azərbaycan haqlıdır''

Tarix: 29 Oktyabr 2020 15:27

"Azərbaycan XİN ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bu günə təyin olunmuş görüşünün oktyabrın 30-na keçirilməsini təklif edib və bugünkü görüş təxirə salınıb. Cenevrədə yalnız ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş nəzərdə tutulurdu, dünən isə əlavə olaraq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi təklif olunub amma hələ razılaşdırılmayıb".

Bunu Sonxeber.net-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, Bərdəyə növbəti dəfə raket hücumu ilə ATƏT-in Minsk Qrupunun, həmsədr ölkələrin, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin münaqişənin həllinə dair səylərinin əhəmiyyətsiz elan etmiş oldu:

"Görüşün vaxtının dəyişdirilməsi bir neçə zərurətdən doğub: Cenevrədə görüş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə uyğun olan addımların müzakirəsi, şərtlərin razılaşdırılması, razılaşdırlımış şərtlərin həyata keçirməyə başlamaq üçün planlaşdırılırdı.

Dünən Ermənistanın "post sovet tarixində MDB ölkələrində mülki əhaliyə qarşı həyata keçirilmiş ən qanlı təcavüzlərindən biri olan raket hücümu ilə bugünkü görüşü sabotaj etdi. Bu sabotaj həm də Ermənistan tərəfinin danışıqlar əhəmiyyətsizdir mesaji verməsi idi. Bu isə Ermənistan baş naziri Nikol Paşinyanın "konfliktin diplomatik həlli mövcud deyil" açıqlamasını təsdiqləmiş olur. Belə olan halda Ermənistan ATƏT-in Minsk Qrupu və həmsədr ölkələrinin, o ölkələr ki, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir münaqişənin həllinə dair səylərinin əhəmiyyətsiz elan etmiş olur".

Yeganə Hacıyeva qeyd edib ki, Ermənistan həmsədrlərin münaqişənin sülh yolu ilə həlli xülyalarını basdırmış oldu:

"29 oktyabr görüşün təxirə salınmasında Azərbaycanın təşəbbüsü növbəti görüşdə baza öhdəlikləri üzərində yeni təkliflər hazırlanması üçün müddət görüşün təxirə salınmasıdır. Yeni təkliflər atəşkəsin monitorinqi üzrə parametrlər mövzusunda "cəld və çevik" təsir alətlərinin formalaşması ilə münaqişənin tam həlli prosesini ehtiva edir. Azərbaycan tərəfi danışıqlarla paralel getməsində israr etdiyi təkliflərdən bir neçəsini sadalayıram:

1) Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərinin hamısından çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. (vaxt cədvəli olması keçən görüşdə razılaşdırılıb) ;

2) Ermənistan tərəfi vaxt cədvəlinə ciddi riayət etməli;

3) sapmalar olacağı halda həmsədrlərin və tərəflərin məsuliyyəti və öhdəliyi müəyyənləşməli;

Dünən Bərdəyə hücumla Ermənistan "humanitar atəşkəs dövründə" insanlığa qarşı cinayət törətməklə həmsədrlərin münaqişənin sülh yolu ilə həlli məsələsindəki xülyalarını basdırmış oldu. Biz bunu həmişə bildirmişik və Ermənistan növbəti dəfə sübut etdi ki, haqlıyıq".

Təhməz Əsədov


Etiketlər:  Ermənistan növbəti dəfə sübut etdi Azərbaycan haqlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ