Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 10:03
Bakı. Trend:
Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradılıb.
Trend-in məlumatına görə, azərbaycanlı gənclər tərəfindən düşmənin həqiqətə uyğun olmayan xəbərlərinin qarşısını almaq üçün xüsusi sayt yaradılıb. Döyüşlər başlayan dövürdən əhali arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə düşmən, internet resurslarında və sosial şəbəkələrdə saxta səhifələr yaradarq onların üzərindən fake xəbərlər yayımlayırlar.
Bu cür halların qarşısını almaq üçün kütləvi şikayətin təmin olunması məqsədilə www.fake.az internet saytı yaradılıb.
Yeni yaradılmış sayta qeydiyyatsız daxil olmaq və şikayət olunan hesabların linkini bazaya əlavə etmək mümkündür. Bundan əlavə bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə facebook, telegram, apple, google və s. şikayət etmək və bazaya daxil edilmiş şikayətlərin səbələri ilə tanış olmaq olar.
Əlavə olaraq,Telegram mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.