Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 09:16
Bakı. Trend:
"Qoni" tayfunun yaxınlaşması ilə əlaqədar Filippin rəhbərliyi təxminən 1 milyon insanı təxliyə edib.
Trend-in məlumatına görə, bu barədə "Bi-bi-si" xəbər verib.
Dövlət Meteoroloji Xidmətinin verdiyi məlumata görə, yerli vaxtla saat 04:50-də tayfun Katanduanes adasının sahillərinə çatdı və hazırda Filippinin ən sıx adasına - Lusonda baş verib. Küləyin sürəti 225 km/saata çatıb.
Bildirilib ki, "fəlakətli" küləklər və leysan yağışlar yaxın 12 saat ərzində davam edəcək.