Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nüzgar kəndindən olan Abbasovlar ailəsi: Torpağımızı dirçəltməyə qayıdırıq - VİDEO - FOTO

Nüzgar kəndindən olan Abbasovlar ailəsi: Torpağımızı dirçəltməyə qayıdırıq - VİDEO - FOTO

Tarix: 2 Noyabr 2020 21:24

Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarının bir hissəsi Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunub. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində ordumuz tərəfindən düşməndən təmizlənən şəhərlər, qəsəbələr, kəndlər öz sahiblərinə qovuşur. Bu şad xəbəri eşidən həmin yaşayış məntəqələrinin sakinləri 27 illik vətən həsrətinin bitdiyinə sevinirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Cəbrayıl rayonunun Nüzgar kəndinin işğaldan azad edilməsi xəbərinə sevinən Şəmkir rayonunda müvəqqəti məskunlaşan Abbasovlar ailəsi indi öz doğma kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyirlər.

Ailənin başçısı Tərxan Abbasov Şəmkirdə məskunlaşdığı gündən öz əlləri ilə burada bağ salıb. O, bununla özünə sanki bir təsəlli verdiyini bildirib. İndi isə doğma Nüzgar kəndindəki həyətində bağ-bağça salmağı arzulayır. "Vətən doğulduğun yerdən başlayır. Hər gün gözləmişik ki, doğma Cəbrayıla qayıdacağıq. Sevinirəm ki, ata-babalarımızın qəbrini ziyarət edə biləcəyik. Torpağımızı dirçəltməyə qayıdırıq", - deyə Tərxan Abbasov əlavə edib.

Qətibə Abbasova isə bildirib ki, bu illər ərzində xatirələrlə yaşayıblar: "Bizim evimiz elə yerdə idi ki, bütün qonşular gəlib bizdə təndir çörəyi bişirirdi. Yəni, mehriban, əmin-amanlıq şəraitində yaşamışıq".

84 yaşlı Seyran nənə də Nüzgarın işğaldan azad olunması xəbərinə hamıdan çox sevinənlərdəndir. O, uzun illərdir gözünün yolda olduğunu, bu günü səbirsizliklə gözlədiyini söyləyib. "Allah ordumuza qüvvət versin, dövlətimiz sağ olsun. Evimizə qayıdaq, yurdumuzu görək", - deyə Seyran nənə bildirib.

Böyüklər kimi ailənin kiçik yaşlı üzvləri də doğma Cəbrayıl rayonuna, Nüzgar kəndinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Milli.Az


Etiketlər:  Nüzgar kəndindən olan Abbasovlar ailəsi Torpağımızı dirçəltməyə qayıdırıq VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ