Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 17:04
Bakı. Trend:
Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar qapalı məkanlarla yanaşı, açıq məkanlarda maska taxmaq zərurəti tətbiq olunur.
Trend-in məlumatına görə, qərar noyabrın 4-dən etibarən qüvvəyə minir.
Bu qaydanı pozmağa görə 20 lari məbləğində cərimə nəzərdə tutulub.
Qeyd edək ki, son iki ay ərzində Gürcüstanda koronavirusa yoluxma ilə bağlı vəziyyət kəskin pisləşib. Ölkədə gündəlik təxminən 2 min nəfərin yoluxması qeydə alınır.
Bu günədək Gürcüstanda 44 522 nəfər koronavirusa yoluxub, 362 nəfər həyatını itirib.