Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prediabet və diabet haqqında bilmədikləriniz

Prediabet və diabet haqqında bilmədikləriniz

Tarix: 4 Noyabr 2020 14:42

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı endokrinoloqu Şəbnəm Əlirzayeva 13 noyabr 2020-ci il tarixində saat 15.00-da “Prediabet və diabet haqqında bilmədikləriniz” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Dr. ŞƏBNƏM ALIYEVA Mərkəzi Gömrük Hospitalında şəkərli diabet, metabolik sindrom, insulinoma, diffuz toksiki ur, endemik ur, hipo-hipertireodizm, miksedema, xaşimoto uru, kəskin və yarımkəskin tireodit, akromeqaliya, hiperprolaktinemiya, şəkərsiz diabet, hiperkortisizm, feoxromositoma, hipoparatireodizm, hiperparatireodizm, hirsutizm, predmenstrual sindrom və s. xəstəliklərin müalicəsini həyata keçirir.

Dr. Şəbnəm Alıyeva 2009-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2009-2010-cu illərdə Respublika Endokrinoloji Mərkəzində endokrinologiya ixtisası üzrə internatura, 2010-2012-ci illərdə Rusiyanın paytaxtı Moskva şəhərində FDM Endokrinoloji Elmi Mərkəzində ordinatura keçmişdir. 2012-ci ildən Mərkəzi Gömrük Hospitalnda həkim-endokrinoloq kimi çalışır.

Dr. Şəbnəm Alıyeva 2010-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində "Endokrin patologiyalı xəstələrdə hamiləliyin planlaşdırılması və aparılması”, "Kontrasepsiyanın endokrin aspektləri" kurslarında, 2012-ci ildə Ümumrusiya üzrə endokrinoloqların VI konqresində və 2013-cü ildə Ümumrusiya üzrə VI diabetoloji konqresində iştirak etmişdir.


Etiketlər:  Prediabet diabet haqqında bilmədikləriniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ