Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 17:10
Bakı şəhəri Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayımlanan məlumatla bağlı bildiririk ki, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb.
Bu barədə Sonxeber.net-a Bakı Şəhər İcra Hakimiyyəti Mərbuat Xidmətindən bildiirlib.
İcra Hakimiyyəti bununla əlaqədar vətəndaşlara belə neqativ hallara yol verənlərə qarşı reaksiyalarına görə minnətdarlığını bildirir.