Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 12:16
Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistan hazırda ölkəmizə qarşı beynəlxalq miqyasda da çirkin kampaniya aparmaqdadır. Belə əməllərdən biri guya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində Şuşa şəhərində yerləşən Qazançılar kilsəsinin zərər görməsi ilə bağlıdır.
Trend-in məlumatına görə, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifələrinin icra edən Azad Cəfərli deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazisində yerləşən istənilən abidə mədəni irsimizin ayrılmaz tərkib hissəsidir. Bu ərazilərdə yerləşən bütün mədəni irs nümunələri Azərbaycan xalqına məxsusdur: "1868-ci ildə Şuşa şəhərinin kənarında (hazırda Şuşa şəhərinin yuxarı hissəsidir) “Qazançılar” adlanan kilsə inşa edilib. Erməni müəllifi Markar Barxudaryantsa istinadən abidənin sovetlər dövründən qalan sənədlərində də bu kilsə “Qazançılar” kimi qeyd edilir. Tədqiqatçı Firudin Şuşalının məlumatına əsasən kilsənin inşası 1883-cü ildə yekunlaşdırılıb. Abidənin 1987-ci ildə hazırlanmış pasportunda “Qazançılar kilsəsi”nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub. Bu abidə 1981-ci ildə bərpa edilib. Əgər Azərbaycan bu abidəni qorumaq istəmirsə, onu niyə bərpa edir?!.