Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 11:18
Bakı. Trend:
İyulun 5-də Gəncə şəhəri ərazisində şəhər sakini S.Məmmədovaya zor tətbiq edən şəxsin onun 200 manat pulunu alması barədə Nizami (Gəncə) RPİ-yə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Babayev qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Nizami (Gəncə) Rayon Polis İdarəsində araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin