Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 15:33
Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə birmənalı olaraq bildirdi ki, Paşinyan vaxt qazanmaq, daha çox hərbi yardım almaq üçün humanitar atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücum planları qurmaq məqsədilə fürsət axtarır. Həmçinin dövlət başçısının müsahibəsində ən vacib nüanslardan biri Azərbaycanın qalib tərəf kimi bu günün özündə də sülhün tərəfdarı olmasıdır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, müsahibədə də Ali Baş Komandan dəfələrlə ermənilərə xəbərdarlıq etdiyini bildirdi ki, biz müharibə istəmirik, sülh tərəfdarıyıq:
"Ermənistanın dövlət başçıları isə havadarlarına arxalanıb buna əməl etmədilər. Onlara dəfələrlə vurulan sillədən nəticə çıxarmadılar. Azğınlaşdılar. Bir sözlə, işğalçı ölkə sülhün tərəfdarı deyil və tökülən qanların məsuliyyəti birbaşa Paşinyanın üzərindədir. Belə olan məqamda burada yalnız bir şərt qalır. Ermənistan tərəfi qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarını boşaltmalıdır və bizə konkret qrafik təqdim olunmalıdır. Əgər işğal olunmuş torpaqlarımız boşaldılarsa, o zaman sülh danışıqlardan danışmaq olar".
Bu gün cənab Prezidentin bütün müsahibələrində, eləcə də İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə bir daha qeyd edir ki, bu gün Azəbaycan ədaləti bərpa edir, həmçinin BMT-nin, müxtəlif beynəlxalq təşkilatların iflasa uğramış nüfuzunu bərpa edir. Bu gün beynəlxalq ictimaiyyətin özü də çox gözəl dərk edir ki, Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar aparır və Ermənistandan fərqli olaraq heç bir beynəlxalq hüququ pozmayıb. Bəzən isə dünya mətbuatında, ictimaiyyətində belə fikir yaranıb ki, guya Azərbaycan Ordusu mülki əhalinin yaşadığı yerlərə də ağır artileriyadan atəş açıb. Bu, qətiyyən belə deyil. Ordumuz yalnız özünün təhlükəsizliyini qorumaq üçün mülki əhalinin yaşadığı ərazilərdə hərbi obyektləri vurur. Təbii ki, bu da müharibənin qanunlarına uyğundur. Terrorçuluq əməlləri yalnız Ermənistana məxsusdur".