Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2020 06:20
Bakı. Trend:
ABŞ-ın Venesuela və İran üzrə xüsusi nümayəndəsi Elliot Abrams Yaxın Şərqə səfər edəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.
Məlumata əsasən, E.Abrams 7-12 noyabr tarixlərində İsrail, Səufiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Bildirilir ki, səfər çərçivəsində ABŞ-ın xüsusi nümayəndəsi İran üzrə məsləhətləşmələr aparacaq.