Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karateçilərimiz Xorvatiyada daha iki medal qazandı (FOTO)

Karateçilərimiz Xorvatiyada daha iki medal qazandı (FOTO)

Tarix: 6 Iyul 2019 17:04

Bakı. Trend:

Hümmət və Ramil Baxşəliyevlər Xorvatiyanın Umaq şəhərində 21 yaşlıların WKF Kuboku (Dünya Karate Federasiyası) turniri və Gənclər Liqası yarışında müxtəlif medallara sahib olublar.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, H.Baxşəliyev (-67 kq) yuxarı yaşlılarda qızıl medal, R.Baxşəliyev (-52 kq, 14-15 yaşlı yeniyetmələr) isə liqada bürünc mükafat qazanıb.

Yarışın ilk günü WKF Kuboku turnirində Murad Hacızadə (+84 kq) birinci, Fidan Teymurova (-50 kq) isə üçüncü yeri tutub. İyulun 6-da daha bir neçə idmançımız tatamiyə çıxacaq.

4-7 iyul tarixlərində hər iki yarışda 70 ölkədən 2577 idmançı iştirak edir.


Etiketlər:  Karateçilərimiz Xorvatiyada daha iki medal qazandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ