Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atletiko'' Qrizmannı hədələdi - toplanışa qatılmasa...

''Atletiko'' Qrizmannı hədələdi - toplanışa qatılmasa...

Tarix: 6 Iyul 2019 21:32

"Atletiko" hücumçusu Antuan Qrizmannla bağlı sərt mövqe nümayiş etdirib.

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, Madrid klubu 28 yaşlı futbolçunun transferiylə bağlı "Barselona" ilə danışıq aparmaq istəmir. İddiaya görə, paytaxt təmsilçisi yalnız müqavilədə göstərilən təzminat məbləği ödəniləcəyi halda fransalı oyunçunu buraxacağını bildirib.

"Atletiko" sabah yeni mövsümün hazırlıqlarına start verəcək. Komanda yerli vaxtla saat 20:30-da təlim-məşq toplanışı üçün İspaniyanın Los Anxeles de San Rafael bölgəsinə yollanacaq. Klubdan Qrizmanna deyilib ki, təyin olunmuş vaxtda mütləq bazada olsun. Əgər təcrübəli forvard toplanışa qatılmasa, ona sanksiya tətbiq olunacağı haqda xəbərdarlıq edilib.

Qeyd edək ki, Qrizmann müqavilə ilə hələ də "Atletiko"ya məxsusdur. Onun Madrid klubundakı illik qazancı 20 milyon avrodan çoxdur.

 


Etiketlər:  Atletiko Qrizmannı hədələdi toplanışa qatılmasa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ