Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 11:51
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab olaraq əks-hücum əməliyyatına başladıq və ermənilərin mövqelərini darmadağın etdik.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Qarabağ müharibəsində Murov zirvəsinin düşməndən azad edilməsində iştirak edən mayor Anar Ramazanov deyib.
O bildirib ki, Murovdağ zirvəsinin azad olunması üçün 4 saat mübarizə aparıblar və döyüş zamanı ağır yarlanıb: "Yarım saatdan sonra növbəti dəfə qəlpə yarası aldım. Şəxsi heyət mənə ilkin tibbi yardım göstərib düşmən olan ərazidən çıxardı. Bu müharibə ilə bütün dünya Azərbaycan Ordusunun gücünü gördü".