Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla Ermənistan arasında 200 cəsəd dəyişdirilib

Azərbaycanla Ermənistan arasında 200 cəsəd dəyişdirilib

Tarix: 17 Noyabr 2020 12:21

Qarabağ münaqişəsi tərəfləri arasında artıq 200-ə yaxın ölən şəxsin cəsədləri mübadilə edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer bildirib.

Maurerin sözlərinə görə, BQXK-nın Dağlıq Qarabağdakı prioritetləri köçkün əhaliyə kömək etmək, ölənlərin cəsədlərini qaytarmaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün məhkumları ziyarət etməkdir.

"Ölənlərin cəsədlərinin çıxarılması ilə əlaqədar olaraq, Rusiya sülhməramlılarının və BQXK-nın iştirakı ilə tərəflərin cəsədləri çıxarmağa və onları mübadilə etməyə başladığını bildirməkdən məmnunam. Son məlumatlara görə, tərəflər artıq 200 cəsəd mübadiləsi aparıblar. Səy göstərməyə davam edəcəyik",- Maurer qeyd edib.


Etiketlər:  Azərbaycanla Ermənistan arasında cəsəd dəyişdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ