Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 10:26
Bakı. Trend:
Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan uzunmüddətli dövlət siyasəti var.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu fikir Avstraliya Xarici İşlər Nazirliyinin Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımova ünvanladığı cavab məktubunda bildirilib.
Məktubda qeyd edilib ki, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı Avstraliya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir və müdaxilə etməyə çalışmır:
“Münaqişə hərbi yolla deyil, tərəflər arasında danışıqlar vasitəsi ilə həll olunmalıdır. Xarici İşlər Nazirinin 1 oktyabr açıqlamasında “mübahisəli ərazilərdən” bəhs etməsi münaqişənin özünə istinad edir və Avstraliyanın mövqeyində hər hansı dəyişikliyi əks etdirmir”.
Qeyd edək, 2 oktyabr 2020-ci il tarixində İmaməddin Qasımov Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması və ərazi bütövlüyünün tanınması ilə bağlı Avstraliya hökumətinə müraciət edib.