Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 20:27
Zeytun, alimləri təəccübləndirməyə davam edir.
Sonxeber.net immunitet.az-a istinadən bildirir ki, ağacı ilə birlikdə meyvəsinə qədər vitaminlə zəngin olan bu qidanın daha bir sirri ortaya çıxıb. Mütəxəssislər, xalq arasında "zeytunun çəyirdəyini udmaq faydalıdır" deyiminin yanlış olduğunu açıqlayıblar. Yeni araşdırma indiyə qədər bilinən məlumatların tam əksini iddia edir.
Onların sözlərinə görə, çəyirdəyi udmaq zərərlidir:
"Bu, orqanizmi ancaq yorar. Çünki udulan çəyirdəklər süfrədə yeyilən zeytunun çəyirdəyidir. Turşusy qoyulan və bu şəkildə istifadə edilən zeytunun çəyirdəklərinin faydaları tamamilə pozulur".
Nəzərinizə çatdıraq ki, zeytun xərçəng xəstəliyinə qarşı qoruyucu qalxandır. Həmçinin müalicəsində istifadə edilir.