Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Bu il Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Tarix: 19 Noyabr 2020 17:39

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül yaşanıb.

Trend xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkəmizə gələnlərin 28,0 faizi Rusiya Federasiyası, 24,3 faizi Gürcüstan, 18,9 faizi Türkiyə, 8,6 faizi İran, 2,1 faizi Ukrayna, 1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 1,0 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,6 faizi İsrail, 5,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 79,6 faizini kişilər, 20,4 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Çindən gələnlərin sayı 15,8 dəfə, Cənubi Koreyadan – 13,4 dəfə, İsraildən – 10,4 dəfə, Polşadan – 9,8 dəfə, Yaponiyadan – 9,5 dəfə, İraqdan – 8,9 dəfə, Səudiyyə Ərəbistanından – 8,3 dəfə, Macarıstandan – 8,0 dəfə, Kanadadan – 6,9 dəfə, ABŞ-dan­ – 6,8 dəfə, Omandan və Birləşmiş Ərəb Əmirliklərindən ­­ – 6,7 dəfə, Fransadan – 5,9 dəfə, Türkmənistandan – 5,8 dəfə, Almaniyadan – 5,6 dəfə, Qətərdən – 5,5 dəfə, Niderlanddan ­– 5,2 dəfə, Böyük Britaniyadan, Pakistandan və Qazaxıstandan – 5,0 dəfə, İtaliyadan – 4,4 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 dəfə azalaraq 21,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,7 dəfə azalaraq 100,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,0 dəfə azalaraq 245,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,3 faizi dəmir yolu və avtomobil, 28,3 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Etiketlər:  Azərbaycana gələn turistlərin sayı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ