Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 00:30
Bakı. Samir Əli - Trend:
Ölkədə həftə sonları ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılması qərarı dekabrın 28-dək qüvvədə olacaq.
Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Qərarda həmin günlərdə taksi xidmətlərinin fəaliyyətinin qadağan edilməsi ilə bağlı heç bir bənd qeyd edilməyib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətrinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, xüsusi karantin rejimində yalnız fəaliyyətinə icazə verilən taksilər fəaliyyət göstərə biləcəklər.