Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ağdamın işğaldan azad olunması ölkəmiz üçün yeni imkanlar açacaq''

''Ağdamın işğaldan azad olunması ölkəmiz üçün yeni imkanlar açacaq''

Tarix: 21 Noyabr 2020 12:09

Ağdam rayonunun işğaldan azad edilməsi şanlı tariximizin ən qürurlu səhifəsidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Ağdam rayonu həm coğrafi və iqtisadi cəhətdən əlverişli rayondur. Bu rayonun düşməndən azad olunması ölkəmiz üçün yeni imkanlar açacaq:

"Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq üçrəngli Azərbaycan bayrağı artıq Ağdamda dalğalanır. Hazırkı şəraitdə Ağdam rayonunun düşməndən itkisiz azad olunması möhtərəm Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Döyüş meydanında qazanılan qələbə siyasi müstəvidə də uğur əldə etməyimizi şərtləndirdi. Belə ki, cəbhədə ciddi itki verən düşmən ağ bayraq qaldırmağa məcbur oldu və bəyanata imza atdı. Bu bəyanat Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında mühüm sənəddir".

Deputat qeyd edib ki, bir məsələni diqqətdən qaçırmaq lazım deyil: "Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xəttindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdır. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, qətiyyəti və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq".

İ.Yusifov onu da qeyd edib ki, Ağdam bundan sonra öz doğma vətəndaşlarını qoynuna alaraq daha da çiçəklənəcək və bu rayonda həyata keçiriləcək yenidənqurma işlərindən sonra Ağdam ölkəmizin ən gözəl rayonlarından birinə çevriləcək.


Etiketlər:  Ağdamın işğaldan azad olunması ölkəmiz üçün yeni imkanlar açacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ