Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2020 19:40
Bakı. Trend:
Avropada koronavirusun ikinci dalğasının səbəbi yay aylarında buna lazımi hazırlığın olmaması idi və lazımi infrastruktur vaxtında yaradılmasa, üçüncü dalğa 2021-ci ilin əvvəllərində gələcək.
Trend-in məlumatına görə, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi David Nabarro İsveçrənin CH Media nəşriyyat qrupuna verdiyi müsahibədə bildirib.
D.Nabarro qeyd edib ki, Avropada buna reaksiya natamam olub. O əlavə edib ki, Avropa ölkələri "birinci dalğanı nəzarətə aldıqdan sonra yaz aylarında lazımlı infrastruktur yaratmaq fürsətш əldən qaçırıblar":
"İndi isə onlarda ikinci dalğadır. Lazımi infrastrukturu indi yaradılmasa, gələn ilin əvvəlində üçüncü dalğa başlayacaq".