Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Genetikdən AÇIQLAMA: ''12 saatdan çox ac qalmaq...''

Genetikdən AÇIQLAMA: ''12 saatdan çox ac qalmaq...''

Tarix: 23 Noyabr 2020 07:36

İngilis genetik alim Tim Spektor sağlam yemək haqqında üç məşhur qaydanı alt-üst edib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mütəxəssis səhər yeməyinin məcburi olmadığını və onsuz da keçinə biləcəyimizi bildirib. Onun sözlərinə görə, 12 saatdan çox ac qalmaq sağlamlığımıza yaxşı təsir edir. Alim əlavə edib ki, insulin səviyyəsinin aşağı olması sürətlə arıqlamağa kömək edəcək. Spektor onu da qeyd edib ki, balığın insan səhhətinə faydası şişirdilib. Genetikin sözlərinə görə, balığın tərkibindəki Omeqa-3 turşularının beyinə təsiri hələ tam müəyyənləşməyib.

Bundan əlavə, Spektor duzun "ağ ölüm" olduğuna dair populyar inamı rədd edib. Onun sözlərinə görə, sağlam insanlar duzun miqdarı artdıqda və ya azaldıqda səhhətlərində dəyişikliyi sezmir.

Xatırladaq ki, Beynəlxalq Qidalanma Psixiatriya Tədqiqatları Cəmiyyətinin rəhbəri Felice Caka balanslı, sağlam qidalanmanın narahatlığı və depressiyanı azalda biləcəyini söyləmişdi. O vurğulamışdı ki, yağ və şəkəri çox olan qidalar əhval-ruhiyyəni pisləşdirə bilər. Caka Aralıq dənizi pəhrizini yüksək əhval-ruhiyyə üçün ən yaxşı qidalanma növü adlandırıb və pəhrizin həddindən artıq yeməyin qarşısını almaqda təsirli olduğunu bildirib. (publika.az)


Etiketlər:  Genetikdən AÇIQLAMA saatdan çox qalmaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ