Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dırnaqlar ciddi xəstəlikdən xəbər verə bilər

Dırnaqlar ciddi xəstəlikdən xəbər verə bilər

Tarix: 23 Noyabr 2020 07:57

Dırnaqların vəziyyəti onkoloji xəstəliklərin xəbərçisi ola bilər. Sonxeber.net sputnik-ə istinadən bildirir ki, bu barədə onkoloq cərrah Mixail Myasnyankin danışıb.

Həkimin sözlərinə görə, dırnaqlarn qırılmasını, qansızmasını və üzərində çat yaranmasını nəzarətsiz buraxmaq olmaz.

"Bununla yanaşı, dırnaqların üzərində olan tünd xətlər də xəstəlik xəbərçisi ola bilər. Bütün bunlar həkimə müraciət etmək üçün ciddi səbəblərdir. Qeyd edilən əlamətlər dəri xərçənginin əlaməti ola bilər. Və dırnaqlarda belə dəyişikliklər təkcə bədxassəli deyil, xoşxassəli xərçəngdən də xəbər verə bilər. Həddən artıq çox xoşxassəli şiş formaları var".

Böyük britaniyalı alimlər isə apardıqları araşdırma zamanı əl və ayaqlarda barmaqların uclarının, dırnaq ətrafındakı qeyri-adi parlaq dəri böyüməsinin ağciyər xərçənginin bir simptomu ola biləcəyini müəyyən ediblər.


Etiketlər:  Dırnaqlar ciddi xəstəlikdən xəbər verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ