Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 13:18
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan regionda və onun hüdudlarından kənarda vacib iştirakçıdır.
Trend-in məlumatına görə, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Sabiq nazir xatırladıb ki, 1992-ci ilin fevralında Azərbaycana səfər edən Türkiyənin ilk xarici işlər naziri məhz o olub: “Burada olmaq mənim üçün hər zaman şərəfdir. Bu gün Azərbaycan regionda və onun hüdudlarından kənarda vacib iştirakçıdır. Bütün bunlar ölkənin diplomatik xidmətinin səylərinin nəticəsidir”.
H.Çətin bildirib: "Azərbaycanla Türkiyə qardaşlıq və əməkdaşlıq nümunəsi sərgiləyir. Təsadüfi deyil ki, iki ölkə Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, TANAP kimi enerji və nəqliyyat layihələrini həyata keçirib".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin