Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 16:03
Bakı. Trend:
Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Qan Bankının məlumatında deyilir.
Bildirilir ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var: "Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik".