Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işini davam etdirir (FOTO)

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işini davam etdirir (FOTO)

Tarix: 8 Iyul 2019 14:50

Bakı. Trend:

İyulun 8-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakı Konqres Mərkəzində işini davam etdirir.

Trend-in məlumatına görə, iclası açıq elan edən sədr, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev iştirakçılara plenar iclasdan əvvəl keçirilmiş büro iclası barədə məlumat verdi. Bildirdi ki, büro iclasında bu günlər ərzində görülən işlər, qəbul edilən qərarlar müzakirə edilib. Sessiyaya təqdim edilmiş qərar layihələri üzv dövlətlər tərəfindən edilən əlavə və düzəlişlər müzakirə olunaraq gündəliyə daxil edilib.

Sonra gündəlik üzrə məsələlərə baxıldı.

Keniyanın 2001-ci ildə UNESKO siyahısına salınmış Lamu şəhərinin vəziyyəti ilə bağlı müzakirə edilən qərara düzəlişlərin edilməsi gələn sessiyayadək təxirə salındı.

"Tarixi şəhərlərdə turizm" ilə bağlı Beynəlxalq Memarlar İttifaqının (BMİ) Azərbaycanda keçirilmiş konfransında qaldırılan məsələlər barədə iclasda Azərbaycan nümayəndə heyəti məlumat verdi. Bildirdi ki, BMİ bununla bağlı xüsusi təlimat hazırlayır.

Sonra ICCROM (Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz) nümayəndəsi hesabatla çıxış etdi. Hesabatda üzv dövlətlər, məşvərətçi orqanlar ilə əməkdaşlığın müsbət təsirindən söz açııdı. Məruzəçi qeyd etdi ki, ekspertlər təbii fəlakətlərin idarə olunması, iqlim dəyişikliyinin Ümumdünya İrs Siyahısına daxil edilmiş təbiət və mədəniyyət abidələrinə təsirini azaltmaq üzərində çalışırlar.

İclasda UNESKO-nun 2-ci kateqoriya mərkəz və qurumlar ilə əməkdaşlıq perspektivləri də müzakirə edildi. İCCROM təmsilçisi çıxışlardan sonra söz alaraq bacarıqların idarə olunması üzrə nəzərdə tutulan bütün tədbirləri həyata keçirmək üçün maliyyə vəsaitinin kifayət qədər olmadığını bildirdi. Qurumun Afrika ölkələri üçün xüsusi proqramın hazırlanması barədə məlumat verdi və gənclərin bu işə cəlb olunmasının vacibliyini qeyd etdi. Dünya İrs Mərkəzinin direktoru xanım Metxild Rössler deyilənləri yekunlaşdıraraq bildirdi ki, əgər bütün ölkələr bacarıqların və sahələrin idarə olunmasına qoşularsa, bizim işimiz rahat, nailiyyətlərimiz çox olar.

Xırda düzəlişlərdən sonra qərar qəbul edildi.

Növbəti sənəd “Təhlükə altında olan dünya irs siyahısı” barədə idi. Qərar layihəsində diqqətə çatdırıldı ki, sessiyada Çilidəki Humberstone and Santa Laura duz mədəni və Betlehem kilsəsi (Fələstin) təhlükə gözləyən abidələr siyahısından çıxarılıb.

Xanım Rössler əlavə olaraq dedi ki, əgər “Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya”ya (1972) əsasən, Dünya İrs Mərkəzinə maddi yardım edilərsə, biz yoxsul ölkələrə öz abidələrini qorumaq üçün onlara maliyyə dəstəyi göstərə, bu yolla da təhlükə gözləyən abidələr siyahısını təzələyərək qısalda bilərik. Həqiqətən də elə ölkələr var ki, maliyyə çətinlikləri üzündən öz abidələrini bərpa edə, illərlə təhlükə siyahısından çıxara bilmirlər. Mövzu müxtəlif aspektlərdən geniş müzakirələr doğurdu. Müzakirələrdən sonra təklif edilən dəyişikliklər qərar layihəsinə əlavə edildi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ümumdünya İrs Komitəsinin sessiyası işini davam etdirir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ