Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 17:56
Bakı. Trend:
Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsində Vətən müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır.
Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qurumun baş direktoru Ruslan Əliyevin göstərişi ilə Bakıdan Tərtər rayonuna bir neçə tikinti heyəti yola salınıb. Lazımi avadanlıqlarla təchizat məsələləri də yüksək səviyyədə həll olunur.
Şıxarx qəsəbəsində 34 yaşayış binasında hazırda 1 172 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bölgədə yalnız bu ərazidə sakinlər qaz almır.
Döyüşlər zamanı düşmənin qaz təsərrüfatına ziyan vurduğu Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan digər rayonlarda - Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Füzulidə bütün problemlər aradan qaldırılıb.