Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur? - professordan AÇIQLAMA

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur? - professordan AÇIQLAMA

Tarix: 25 Noyabr 2020 23:02

Azərbaycanda noyabrın 24-də rekord sayda yoluxma və ölüm qeydə alınıb. Belə ki, 3 646 nəfər koronavirusa yoluxub, 34 nəfər dünyasını dəyişib. Yoluxma artıqca Operativ Qərargah tərəfindən karantin rejimində sərtləşmələrlə bağlı qərarlar verilir. Bu gün sosial şəbəkədə iddia olunan məsələlərdən biri də yaxın günlərdə şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulmasıdır. Azərbaycanda şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur?

Sonxeber.net xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, həftəsonları karantin rejiminin sərtləşməsi ilə bağlı qərar yeni verildiyindən onun nəticəsini biz 2 həftə sonra görə biləcəyik:

"Sms icazə" və "evdə qal" karantini olsa da nəticəsi olmayacaq. Real vəziyyət odur ki, biz kollektiv immunitetə doğru gedir. Xəstələnlərin sayı həddindən çoxdur. Demək olar ki, koronavirus hər kəsin qapısını döyüb. Rayonlarda yoluxanlar həddindən çoxdur. 3000-4000 rəqəmlərə inanmayın. Onlar testdən keçmiş və həkimə müraciət edən şəxslərin statistikasıdır. Amma real vəziyyət daha acınacaqlıdır. Ona görə də görünən tədbirlərin çox da nəticəsi olmayacaq. Düşünürəm ki, pik həddən sonra biz yoluxanların sayında eniş olacaq və insanlarda kütləvi immunitet formalaşacaq. Qaldı ki, şənbə-bazar günləri insanların çölə çıxmasına qadağa qoyulması məsələsinə, yoluxma artarsa, bu yenidən tədbiq oluna bilər. Amma ictimai nəqliyyatdan insanlarımız 5 gün ərzində istifadə edir. Bərbad vəziyyətdə insanların avtobusda gedib-gəlməsi yoluxma sayının artması üçün kifayətdir".


Etiketlər:  Şənbə bazar insanların çölə çıxmasına qadağa qoyulur professordan AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ