Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 09:36
"Barselona"nın zədəli futbolçusu Jerar Pike əməliyyat olunmaqdan imtina edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, sağ dizindən xəsarət alan 33 yaşlı müdafiəçi ispaniyalı həkimlərin məsləhəti ilə müalicə olunmaq qərarını verib. O, 4 ay müddətinə sağalacağına ümid edir.
Qeyd edək ki, Pike La Liqanın 10-cu turunda "Atletiko" ilə matçda (0:1) zədələnərək, meydanı gözyaşları ilə tərk etmişdi.