Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Amazon” yeni nəsil “ağıllı” eynək buraxıb

“Amazon” yeni nəsil “ağıllı” eynək buraxıb

Tarix: 26 Noyabr 2020 19:32

ABŞ-ın "Amazon" şirkəti "Amazon Echo Frames" adlı yeni nəsil "ağıllı" eynək buraxıb. Aksesuarda səsin keyfiyyəti yaxşılaşdırılıb və yeni akkumulyator sayəsində avtonom iş vaxtı uzadılıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, eynək birinci nəsillə müqayisədə bir dəfə tam enerji ilə doldurulmaqla 40 faiz daha çox işləyir. Yeni qurğu "Android" və "iOS" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonlarla uyğunluq təşkil edir. Həmçinin qoşulma "Bluetooth" vasitəsilə həyata keçirilir. "Ağıllı" aksesuar musiqi nömrələrini səsləndirir, həmsöhbətin səsini translyasiya edir. Bundan başqa, səs ucalığı kənar səsin səviyyəsindən asılı olaraq avtomatik tənzimlənir. Həmçinin mikrofon, hadisələr və məlumatlar haqqında bildiriş dəstəyi və VIP filtrlər kimi yeni funksiyalar əlavə olunub. Eynəyə göz həkimi tərəfindən təyin edilən dioptriyaya uyğun linzalar quraşdırmaq mümkündür.

Hazırda yeni qurğu üçün 250 dollara ilkin sifarişlər qəbul edilir. Öz növbəsində birinci nəsil eynək istifadəçiləri yeni eynəyi 70 dollara əldə edə bilərlər.


Etiketlər:  Amazon yeni nəsil ağıllı eynək buraxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ