Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 17:45
Türkiyənin "Fənərbağça" klubu Vətən müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsilə məlumat yayıb.
Klub "Fənərbaxça" azarkeşi olan Niftalızadəyə Allahdan rəhmət diləyib: "Azərbaycanla Ermənistan arasındakı döyüşlərdə şəhid olan azərbaycanlı azarkeşimiz Niyamin Niftalızadənin məzarına "Fənərbağça" forması və "sarı-lacivərdli" əklil qoyulub. Azərbaycan ordusunda vəzifə başında olarkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk".
Qeyd edək ki, Vətən müharibəsində şəhid olan digər qəhrəmanımız Fərid Dursunovun vəsiyyəti ilə məzarı üzərində "Qalatasaray" bayrağı dalğalandırılıb. "Qalatasaray" rəhbərliyi də buna biganə qalmayaraq, şəhidin atası ilə əlaqə saxlayıb.