Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 17:54
Qarabağı dırnağı boyasız kişilər azad edib. Bizim şəhidlərimizin dırnağında boya yox, palçıq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa metroseksual kişilərdən bəhs edib:
"Oğlanlarımız ona görə həmin torpaq uğrunda şəhid olmayıblar ki, onun üstündə dırnağı boyalılar gəzsin. Şəhidlərimiz, qazilərimiz, əsgərlərimiz bu torpaqları dırnaqlarından qan axa-axa alıblar.
Kişilərin dırnaqlarına boya çəkmələrinə etiraz edirəm. Bunu dediyim üçün də sosial şəbəkədə məni qınayırlar. Anlaya bilmirəm bunlar nəyi müdafiə edirlər? Yəqin onlar üçün kişilərin dırnağına boya çəkməsi xoşdur".